“Boinq 789” tipli sərnişin təyyarəsi Təbrizdə təcili eniş edib

“Boinq 789” tipli sərnişin təyyarəsi Təbrizdə təcili eniş edib

Londona uçan Oman hava yollarına məxsus “Boinq 789” tipli sərnişin təyyarəsi Təbrizdə təcili eniş edib.

SİA xəbər verir ki, buna səbəb hamilə bir ananın halının pisləşməsi olub.

O, dərhal Təbrizin Taliqani xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Təyyarə Təbriz hava limanında yanacaqla təmin olunub və şəraitə uyğun vaxtda uçuşunu davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə