5.9 bal gücündə zəlzələ
Bu gün Çilinin şimal-şərqində, Boliviya ilə sərhəd yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yerli vaxtla saat 10.40 radələrində baş verən zəlzələnin ocağı 150 min nəfərin yaşadığı Kalama şəhərindən 73 km şimal-şərqdə, 112,4 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə