Tunisdə səsvermə başlayıb
Bu gün Tunisdə parlament seçkilərində səsvermə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə biləcək. Tunisin əhalisi 11 milyon nəfər təşkil edir. Ölkənin əksər bölgələrində seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb və saat 18:00-da bağlanacaq. Seçkilər 33 seçki dairəsində keçiriləcək, onlardan 27-i ölkə ərazisində yerləşir. 217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd var

Bütün xəbərlər Facebook səhifəmizdə