Kolumbiyanın cənubunda neft kəmərini partladılıb

Kolumbiyanın cənubunda neft kəmərini partladılıb

Naməlum şəxslər Kolumbiyanın cənubunda neft kəmərini partladıblar.

SİA xəbər verir ki, bu barədə “RCN” telekanalı məlumat yayıb.

Hadisə Orito bələdiyyəsində Putumayo idarəsi ərazisində baş verib. Naməlum şəxslər dövlətə məxsus "Ecopetrol" boru xəttinin işini pozmaq üçün partlayıcı maddələrdən istifadə ediblər. Partlayış nəticəsində yanacaq Guamuyes çayına axıb.

Neft şirkəti çirklənmə ilə bağlı artıq lazımlı tədbirlər görməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə