Böyük Britaniyada ikimərtəbəli avtobusun aşması nəticəsində 37 nəfər xəsarət alıb
Böyük Britaniyanın Devon qraflığında ikimərtəbəli avtobusun aşması nəticəsində 37 nəfər xəsarət alıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Devon və Kornuol üzrə polis idarəsi məlumat yayıb.
Qeyd olunub ki, 8 nəfərin xəsarətləri ciddidir.
Qəzanın səbəbləri hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB