Yük avtomobilinin jandarma avtobusuna çırpılması nəticəsində bir hərbçi ölüb
Türkiyənin Urfa vilayətində ağırtonnajlı yük avtomobili jandarma avtobusuna arxadan çırpılıb.
SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, avtoqəza nəticəsində 1 hərbçi ölüb, daha 15-i yaralanıb.
Qeyd edək ki, jandarma avtobusu Urfadakı kəndlərdən birində sakinlər arasında baş vermiş münaqəşəyə müdaxilə etmək üçün yol gedərkən qəzaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB