İran və Avstraliya qaşırlıqlı şəkildə bir neçə məhbusu azad ediblər
İran 3 ay öncə Tehranda saxlanılan iki Avstraliya vətəndaşını azad edib. Avstraliya da bir iranlı tələbəni azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran 3 ay öncə Tehranda saxlanılan Culi Kinq və Mark Farkini azad edib.
İran bu şəxsləri həssas obyeklərin lentə alınmasına görə saxladığını bildirmişdi. Eyni zamanda Avstraliya da 13 ay bundan öncə sxlanılan və ABŞ-a təhvil verilməsi planlaşdırılan iranlı tələbə Rza Dehbaşini azad edib.
Məlumata görə Avstraliyanın Kvinslənd universitetində doktorluğu oxuyan Rza Dehbaşi İranın hərbi müdafiə sistemlərinin işlənilməsi proqramları ilə əməkdaşlıq etdiyinə görə saxlanılmış və ABŞ-a təhvil verilməsi nəzərdə tutulmuşdu.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə