İraqda hökumət əleyhinə aksiyalar keçirilir - 100 ölü, 2500 yaralı
İraqda hökumət əleyhinə aksiyalarda həyatını itirənlərin sayı 100-ə, yaralıların sayı isə 2500-ə çatıb. SİA xəbər verir ki, bu haqda İraq Səhiyyə Nazirliyindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli bildirib.
İraqda hakimiyyət əleyhinə etirazların üç günü ərzində qurbanların sayı 65-ə qədər artıb. Bu haqda “Röyters” agentliyi bildirib. Daha əvvəl 44 nəfərin öldüyü bildirilirdi. Agentliyin məlumatına görə, yalnız paytaxt Bağdadda 190 nəfər yaralanıb.
Qeyd edək ki, Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik, yoxsulluq, korrupsiya və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran etiraz aksiyaları oktyabrın 1-dən keçirilir. Şiə imamı Muktada as-Sadr parlamenti istefa verməyə və beynəlxalq müşahidəçilərin nəzarəti altında növbədənkənar seçkiləri keçirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB