İranın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Rusiyadakı səfiri Mehdi Sənayi Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, Rusiya tərəfi səfirdən Tehranda jurnalist qadının həbs olunması ilə əlaqədar izahat tələb edib.

Xatırladaq ki, Rusiyalı jurnalist Yuliya Yuzik ötən gün Tehran otellərinin birində həbs edilib. O, İrana material hazırlamaq üçün gəlib. Rusiyalı jurnalist İran əleyhinə casusluqda ittiham edilir.

Faktı Rusiyanın İrandakı səfirliyi təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə