Birləşmiş Ştatların xam neft ehtiyatları artır. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,1 milyon barrel (0,7 faiz) artaraq 422,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,5 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,4 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,2 milyon barrel (0,1 faiz) azalaraq 230 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,5 milyon barrel çoxalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB