ABŞ-ın Konnektikut ştatının Hartford şəhəri yaxınlığındakı Bradley beynəlxalq hava limanında II Dünya müharibəsindən qalma “Boeing-17” tipli bombardmançı təyyarə qəzaya uğrayıb. NBC xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hava limanının açıqlamasına görə, güclü yanğınla müşayiət olunan qəza yerinə xilasedicilər cəlb olunub, hava limanı bağlanıb. Qəzanın təyyarənin enişi zamanı baş verdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB