Yaralı erməni əsgər hospitala bir gün sonra köçürülüb

Yaralı erməni əsgər hospitala bir gün sonra köçürülüb

Erməni hərbçisi Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bir gün əvvəl Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsində, Azərbaycan tərəfindən açılan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu yaralanıb.

“Hərbçinin həyati təhükəsi olmasa da ona, sağ çiynindən dəlib keçən qəlpə yaraları diaqnozu qoyulub”, deyə Noyemberyan şəhər tibb mərkəzinin direktoru bildirib.

Məlumatda bildirilir ki, yaralı hərbçi tibb mərkəzinə yerləşdirilən zaman tibb mərkəzinin direktoru da orada olub. Onun sözlərinə görə, 2 oktyabr tarixində, yəni bir gün sonra yaralı hərbi qulluqçu hərbi hospitala köçürülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə