"İran Səudiyyə Ərəbistanına qucaq açmağa hazırdır, o şərtlə ki, rəftarını dəyişsin". SİA İran dövlət telekanalına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
İran XİN rəhbəri Tehranda nazirlər kabinetinin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən, Səudiyyə Ərəbistanı tərəfindən İrana danışıqlar barədə mesajın gəlməsi xəbərinə münasibət bildirib.
O deyib: "Biz qucaq açaraq Səudiyyə Ərəbistanını qarşılayarıq. O şərtlə ki, rəftarını dəyişsin və bu nəticəyə gəlsin ki silah almaqla təhlükəsizliyi təmin etmək və digər ölkələrə hərbi müdaxilə etmək olmaz."
Qeyd edək ki, Səudiyyə Ərəbistanın xarici işlər üzrə dövlət katibi Adil əl-Cubeyr də məsələ ilə bağlı fikir bildirib və İranla normal əlaqələrin formalaşması üçün rəsmi Tehrandan bir neçə addımın atılmasını tələb edib. Adil əl-Cubeyr Səudiyyə Ərəbistanından İrana danışıqlar barədə mesajın verildiyini təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB