"Biz Yəmənin Xalq Ordusuna yalnız fikri və müşavirə baxımından dəstək veririk. Bu işi ölkənin İslam İnqilabı Keşikçiləri Ordusu öhdəsinə götürüb. Sona qədər də Yəmən xalqının yanında olacağıq. Bunu edirik ki onlar üzləşdiyi təcavüzləri dəf edə bilsinlər". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd-Hüseyn Baqiri deyib.
İran hərbi rəsmisi Çin telekanallarından birinə verdiyi müsahibə zamanı rəsmi Tehranın husilərə verdiyi dəstəyin mahiyyətini açıqlayıb.
O bildirib ki, İran Sepah vasitəsilə yəmənlilərə fikri və müşavirə baxımından dəstək verir.
Bu ilk dəfədir ki, İranın yüksək rütbəli rəsmisi husilərə dəstəklərin verilməsindən söz açır.
ABŞ və Səudiyyə Ərəbistanı koalisiyası iddia edir ki, İran Yəmənə raket, PUA və digər silahlar göndərir. M. Baqiri verdiyi son müsahibədə bildirib ki, Yəmən Səudiyyə koalisiyası tərəfindən hava, quru və sudan mühasirədə olduğu üçün İranın bura hərbi yardım göndərməsi mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB