İngiltərə ərazisində 2 həftə yağış yağacağı gözlənilir.
Hidrometeorologiya idarəsindən verilən məlumata görə, ölkə ərazisində şiddətli yağışlar yağacağı və daşqınlar olacağı gözlənilir. Uelsdə, İngiltərənin mərkəzi və cənub bölgələrində elektrik enerjisinin kəsilməsi, yolların bağlanması və daşqınların ola biləcəyi haqqında sarı xəbərdarlıq edilib.
Men adasında baş verən daşqın nəticəsində insanlar evdən bayıra çıxmayıblar. Bir gün davam edən güclü sel yolların və məktəblərin bağlanmasına səbəb olub. Nəqliyyat vasitələri sel sularının altında qalıb. Polis tərəfindən sakinlərə yola çıxmamaq üçün xəbərdarlıq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB