İranın keçmiş XİN rəhbəri maraqlı video paylaşıb

İranın keçmiş XİN rəhbəri maraqlı video paylaşıb

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti maraqlı video paylaşıb. 1983-cü ildə BMT-nin Nyu-Yorkda keçirilən sessiyasında çıxış edən Ə.Ə.Vilayəti təxribatla üzləşib. Təxribata baxmayaraq o, özünü soyuqqanlı aparır və çıxışına davam edir.

Keçmiş nazir bu videonu təsadüfən sosial şəbəkələrdə paylaşmayıb. Məsələ burasındadır ki, sentyabrın 20-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə şəhərə çıxmaq ABŞ hökuməti tərəfindən qadağan edilmişdi. Onlar yalnız BMT-nin mənzil-qərargahında hərəkət edə bilərdilər. Hətta M.C.Zərifə BMT-nin mənzil-qərargahından 10 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya gedib xərçəng xəstəliyindən müalicə olunan dostuna baş çəkməyə də icazə verməyiblər.

İran və Rusiya bu kimi hallara qarşı çıxaraq sessiyada BMT-nin mənzil-qərargahının başqa yerə köçürülməsi təklifi ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə