Putin: "Avrasiya İqtisadi İttifaqı 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır"

Putin: "Avrasiya İqtisadi İttifaqı 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır"

Avrasiya İqtisadi İttifaqı (Aİİ) hazırda 13 ölkə ilə əməkdaşlığa dair danışıqlar aparır.TASS agentliyi xəbər verir ki, bu barədə Ali Avrasiya İqtisadi Şurasının İrəvanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bildirib.

O, həmin ölkələr arasında Serbiya, İsrail və Misirin olduğunu qeyd edib. Bununla yanaşı, Hindistanla sərbəst ticarət zonası yaratmağa dair danışıqların başlayacağını diqqətə çatdıran V.Putin Aİİ ilə İran arasında da sərbəst ticarət zonasına dair müvəqqəti sazişin bu ayın sonunda qüvvəyə minəcəyini gözlədiklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə