Ukraynada toyda kütləvi zəhərlənmə olub

Ukraynada toyda kütləvi zəhərlənmə olub

Ukraynanın Çernovtsı vilayətində qidadan kütləvi zəhərlənmə qeydə alınıb. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, 60-a yaxın insan restoranda toy zamanı zəhərlənib. Onlardan 10-u uşaqdır. Zəhərlənənlər xəstaxanaya yerləşdirilib, həkim nəzarətində saxlanılır. Faktla bağlı cinayət işi açılıb, vətəndaşların hansı qidadan zəhərlənməsi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə