Miqrantları daşıyan maşın qəzaya uğrayıb ölən və yaralananlar var
Türkiyənin Diyarbakır vilayətində qeyri-qanuni miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb. SİA-nın "Star"a istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hadisə Diyarbakır-Silvan magistral yolunda baş verib. Qəza anında maşında Əfqanıstan və Pakistan əsilli miqrantlar olub.
Qəzadan sonra sürücü hadisə yerindən qaçıb, onun saxlanılması üçün əməliyyat başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB