Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat yayaraq, ABŞ qüvvələrinin Suriya ərazilərindən çıxmasını tələb edib. SİA-nın verdiyi məlumata görə, Rusiyanın Suriyadakı Sülh Mərkəzi Suriya-İordaniya sərhədində yerləşən ər-Rukban düşərgəsinin son vəziyyəti barədə bəyanat yayıb.
Bildirilib ki, ABŞ tərəfinin mane olması nəticəsində ər-Rukbanda olan 4500 suriyalı qaçqının təxliyəsi və köçürülməsi mümkün olmayıb.
Rusiyanın Sülh Mərkəzi ABŞ qüvvələrindən tələb edib ki, buranı və Suriyanın digər bölgələrini tərk etsin.
Qeyd edək ki, Rusiya və rəsmi Dəməşq səhrada yerləşən ər-Rukbandakı qaçqın düşərgəsinin sakinlərinin təxliyəsi üçün xüsusi dəhliz və nəqliyyat imkanları nəzərdə tutsalar da ABŞ bu addımın qarşısını alıb.
Bildirək ki, Rusiya ordusu rəsmi Dəməşqin icazəsi ilə Suriyaya gəldiyini, lakin ABŞ-ın belə bir icazəyə və ya BMT qərarına malik olmadığını bildirib və ABŞ qüvvələrini Suriyadan çıxamağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB