Yəmən ordusu Səudiyyə qüvvələrini belə ələ keçirdi - FOTO/VİDEO

Yəmən ordusu Səudiyyə qüvvələrini belə ələ keçirdi - FOTO/VİDEO

Yəmən ordusu Səudiyyə Ərəbistanının Nəcran vilayətində keçirdiyi “Nəsru Minəllah” (Qələbə Allahındır) adlı genişmiqyaslı hərbi əməliyyatın görüntülərini nümayiş etdirib. SİA-nın verdiyi məlumata görə, ötən gün Yəmən ordusu və “Ənsarullah” hərəkatının hərbçiləri Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran vilayətində genişmiqyaslı hərbi əməliyyat keçirməsi barədə açıqlama yaymışdı.

Əməliyyat nəticəsində mindən çox Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya hərbçisini əsir götürüb, yüzlərlə hərbçisini isə öldürüb və yaraladığı barədə Yəmən ordusunun rəsmi nümayəndəsi briqada generalı Yəhya Sari açıqlama vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə