Türkiyədə polisin təqibi nəticəsində saxlanılan mikroavtobusda bir ton narkotik maddə aşkarlanıb

Türkiyədə polisin təqibi nəticəsində saxlanılan mikroavtobusda bir ton narkotik maddə aşkarlanıb

Türkiyənin İzmir vilayətinin Gözəlbağça rayonunda polisin təqibi nəticəsində saxlanılan mikroavtobusdan bir ton narkotik maddə aşkarlanıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Türkiyə polisinin “Dayan” əmrinə tabe olmayan mikroavtobusun məhəllələrarası yolda süni tıxac yaradılaraq saxlanılıb.

Narkotik maddənin tərkibi, mənbəyi və ölkəyə idxalı ilə bağlı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə