Boliviyanın cənubunda yük maşını qəzaya uğrayıb: 18 nəfər ölüb

Boliviyanın cənubunda yük maşını qəzaya uğrayıb: 18 nəfər ölüb

Boliviyanın cənubunda qəzada 18 nəfər ölüb, 17 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə ‘Pagina Siete” nəşri məlumat yayıb.

Qəza şənbə gecəsi baş verib. Lyalyaqua şəhərindən çıxan yük maşını arxası üstə aşıb. Yük yerində olan sərnişinlərdən 18-i ölüb, 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün maşını yüksək sürətlə idarə etməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə