Çində 42 nəfər müxtəlif medallar və fəxri adlarla təltif olunub
Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü ilə əlaqədar 42 nəfər "Dostluq" və "Respublika" medalları, habelə fəxri adlarla təltif olunublar.
SİA xəbər verir ki, sentyabrın 29-da Pekindəki Xalq Yığıncaqları Sarayında medal və fəxri adlar layiq görülənlərə təqdim edilib. ÇXR Sədri Si Cinpin ölkənin inkişafında böyük xidmətləri olan 8 nəfərə "Respublika" medalını təqdim edib. Onlar arasında nüvə fiziki Yu Min, kosmos mühəndisi Sun Ciadon, "hibrid düyünün atası" Yuan Lonpin, nüvə sualtı qayığının dizayneri Huan Suhua, tibb elmi üzrə Nobel mükafatı almış Tu Youyou və başqaları var.
Çin xalqı ilə uzun sürən dostluq münasibətlərinin yaranmasında və inkişafında böyük xidmətləri olan 6 əcnəbiyə - Kuba inqilabçısı və dövlət xadimi Raul Kastroya, Tailand şahzadəsi Maha Çakri Sirindhorna, Afrika İttifaqının keçmiş Baş katibi Səlim Əhmədə (Tanzaniya), Fransanın keçmiş Baş Naziri Jan-Pyer Raffarenə, rusiyalı çinşünas Qalina Kulikovaya və kanadalı antropoloq İzabel Kruka "Dostluq" medalı təqdim olunub.
Bundan başqa, Çində müxtəlif sahələr üzrə böyük uğurlar qazanmış 28 nəfər fəxri adlarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB