Misirin güc strukturları Şimali Sinay vilayətinin Əl-Ariş şəhərində 15 nəfərdən ibarət silahlını zərərsizləşdiriblər. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Əl-Vətən" qəzeti Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. Qeyd edilir ki, güc strukturlarına terrorçulardan ibarət qrupun Əl-Arişdəki Əl-Hus yaşayış kvartalında düşmənçilik aksiyası hazırlamaları barədə məlumat daxil olub.
İnformasiyanın yoxlanılmasından sonra terrorçuların toplandığı yerə hücum təşkil edilib. Atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB