İndoneziyada zəlzələ qurbanlarının sayı 30-a çatıb

İndoneziyada zəlzələ qurbanlarının sayı 30-a çatıb

İndoneziyada sentyabrın 26-da baş vermiş zəlzələ zamanı ölənlərin sayı 30-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii hadisə zamanı 156 nəfər xəsarət alıb. Təxminən 25 min insan evlərini tərk etməyə məcbur olub. Daha əvvəl "Agence France-Presse" zəlzələ zamanı 19 bəfərin həlak olduğunu, azı 100 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, zəlzələ Maluku əyalətində 6,5 bal gücündə baş verib. Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zərər çəkib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə