Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb

Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb

Avstriyada parlament seçkilərində birinci seçki məntəqələri açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələrindən bəziləri yerli vaxtla saat 6:00-da işləməyə başlayıblar. Digər seçki məntəqələri isə saat 10:00-da açılacaq. Respublika hakimiyyəti rəsmən kommunalara və şəhərlərə seçki məntəqələrinin iş vaxtını müstəqil qurmağa icazə verib. Ancaq gözlənilir ki, saat 17:00-da bütün məntəqələr bağlanacaq və səslərin hesablanmasına başlanacaq.

Milli Şuranın (parlament aşağı palatası) tərkibinə 183 deputat daxildir. Onlar yalnız partiya siyahıları üzrə seçilirlər. Parlamentində yerlərə iddia edən partiya 4%-lik baryeri keçməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə