Hindistanda iri daşların avtomobillərin üzərinə düşməsi nəticəsində 6 nəfər ölüb

Hindistanda iri daşların avtomobillərin üzərinə düşməsi nəticəsində 6 nəfər ölüb

Hindistanda sürüşmənin təsiri ilə iri daşların yolda hərəkət edən avtomobillərin üzərinə düşməsi nəticəsində 6 nəfər ölüb, 4 yaralanıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, hadisə Uttarakhand ştatının Devaprayaq şəhəri ərazisində baş verib. Hadisə yerinə gələn xilasedicilər və polislər yaralıları xəstəxanalara çatdırıblar.

Qeyd edək ki, bölgədə bir neçə gündür davam edən şiddətli yağışlar torpaq sürüşməsi, sel və daşqınların yaranmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə