Varşavada iqlim dəyişikliklərinə diqqət cəlb etmək məqsədilə 70 min nəfərlik yürüş keçirilib
Polşanın paytaxtı Varşavada iqlim dəyişikliklərinə diqqət cəlb etmək məqsədilə yürüş keçirilib.
SİA xəbər verir ki, Polşa parlamentinin qarşısına yürüş edən izdiham ətraf mühitin çirkləndirilməsinə qarşı müxtəlif şüarlar səsləndiriblər. Yürüş nəticəsində şəhərin bir neçə əsas küçəsində hərəkət iflic olub. Hadisə yerinə cəlb olunan polis qüvvələri iştirakçılardan yolun boşaldılmasını tələb edib.
Yürüşlərin davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB