"ABŞ-ın İraqdakı qüvvələrini hədəfə alacağıq” İran səfiri

"ABŞ-ın İraqdakı qüvvələrini hədəfə alacağıq” İran səfiri

“İranın hər hansı bir yeri təcavüzə məruz qalsa birinci ABŞ-ın İraqdakı qüvvələrini hədəfə alacağıq”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İranın Bağdaddakı səfiri İrəc Məscidi deyib. İran rəsmisi telekanala verdiyi müsahibədə Aramco-ya edilən hücumdan sonrakı hadisələrə münasibət bildirib və ABŞ-ın İrana hər hansı bir təcavüzü barədə xəbərdarlıq edib.

O bildirib ki, təcavüz baş verərsə birinci ABŞ-ın İraqdakı qüvvələri vurulacaq. İranın səfiri eyni zamanda ABŞ qüvvələrinin regionda sabitsizliyi pozduğunu bildirib və onların bölgədən, xüsusilə də İraqdan çıxmasının zəruri olduğunu vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə