İstanbul Təcili Tibbi Yardım Mərkəzi ötən gün Mərmərə dənizində baş verən zəlzələdən sonra fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla yanaşı, Ətraf və Şəhərsalma Nazirliyi tərəfindən təyin olunan texniki qruplar, ilk növbədə xəstəxanalar, məktəblər və ictimai, yaşayış binalarında və iş yerlərində zəlzələnin nəticələri ilə bağlı yoxlamalara başlayıblar.
Məlumata görə, zəlzələ nəticəsində ziyan dəyən 55 məktəbə baxış keçirilib, onlardan 14-də təhsil dayandırılıb.
Silivri və Kiçikçəkməcə ərazisində iki xəstəxananın divarlarında çat yaranıb. Lakin bu çat xəstəxanaların fəaliyyətinə maneə yaratmayıb. İstanbulda isə 464 binaya ziyan dəydiyi məlum olub .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB