Ermənistanda dövlət əmlakı talanır

Ermənistanda dövlət əmlakı talanır

Yanlış qiymətləndirmə əsasında Ermənistanda dövlət əmlakı öz dəyərindən 3 dəfə aşağı qiymətə satılıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu daxili nəzarət vasitələrindən istifadə edərək dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələrini hərtərəfli araşdırmaqda və kifayət qədər əsaslarla cinayət işi açmaqda davam edir.

Məlumatda qeyd edilir ki, Ermənistan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Komitəsindən alınan məktub və ona əlavə edilmiş sənədlər əsasında Baş Prokurorluğun İctimai maraqların müdafiəsi şöbəsi Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin vəzifəli şəxslərinin “Satınalmalar haqqında” Qanunun tələblərini prosedurlar olmadan pozduğunu müəyyən edib.

Eyni zamanda, MMC-lər siyahısına daxil edilmiş dövlət əmlakının qiymətləndirilməsi prosesi zamanı da qiymətləndirmə standartının tələblərinin pozulduğu müəyyən edilib. Xüsusilə əmlakın məqsədi, dəyəri, vergi tutulması nəzərə alınmayıb. Nəticədə, 65 milyon dram həqiqi dəyəri olan əmlakın üç qat ucuz realizə edildiyi müəyyən edilib. Belə məlum olur ki, Ermənistanda dövlət əmlakı talanır.

İstintaqın nəticələrinə əsasən, Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 308 (2) və 325 (2) maddələri ilə cinayət işinə başlanılıb. Baş Prokurorun sözlərinə görə, İstintaq Komitəsinə ilkin istintaqın aparılması həvalə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə