Böyük Britaniya gələn həftəyə qədər İrlandiya ilə açıq sərhəd üçün təklifləri hazırlamalıdır
Böyük Britaniya gələn həftəyə qədər İrlandiya ilə açıq sərhəd üçün təklifləri hazırlamalıdır.
SİA xəbər verir ki, İrlandiyanın Baş naziri Leo Varadkar və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Birləşmiş Krallığın gələn həftə “Brexit” prosesini başa çatdırması üçün yazılı təkliflər verməli olduğunu açıqlayıblar.
Leo Varadkar Nyu-Yorkda Britaniyanın Baş naziri Boris Conson ilə keçirdiyi 40 dəqiqəlik görüşdə bir çox məsələlərin aydınlaşdırıldığını söyləyib. O, Böyük Britaniya Ali Məhkəməsinin qərarından xəbərdar olduğunu deyib və bildirib ki, bu, Birləşmiş Krallığın daxili məsələsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB