Pekində rəsmi olaraq "Dasin" beynəlxalq hava limanının açılışı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk uçuşları "China Southern Airlines" və "China Eastern Airline" şirkətləri həyata keçirib.
"Dasin"ə ilk olaraq "United Airlines", "Capital Airlines" və "Hebei Airlines" şirkətlərinə məxsus təyyarələr eniş edib.
Dünyadakı ən böyük hava limanına çevriləcək "Dasin" hava limanı Pekinin Dasin və Hebey əyalətinin Lanfan şəhərlərinin sərhədində yerləşir.
2021-ci ildə hava limanının 45 milyon sərnişinə, 2025-ci ilə qədər isə 72 milyon sərnişinə xidmət edəcəyi gözlənilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB