"Hər birimiz təhlükəsizlikdə deyilsək, deməli heç birimiz təhlükəsizlikdə deyilik." Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı deyib.
“Dünyanın bir tərəfində yüksək rifah səviyyəsi varsa, digər yanında aclığın, səfalətin hökm sürməsi qəbuledilməzdir. Yenə təkrar edirəm, dünya 5-dən böyükdür. Zeyniyyətimizi də, qurumlarımızı da, qaydalarımızı da dəyişdirməyin zamanı çoxdan gəlib. Nüvə silahına sahib olanların, nüvə silahı olmayanları təhdid etməsi düşündürücüdür. Nüvə gücü ya hər kəs üçün məqbul, ya da hər kəs üçün qadağan edilməlidir”, - deyə Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB