ABŞ, "Patriot" raketdən müdafiə sistemləri və beşinci nəsil F-35 qırıcı təyyarələrinin tədarükü ilə bağlı Türkiyəyə daha sərfəli şərtlər təklif edə bilər. Sövdələşmə, ABŞ və Türkiyə arasında ikitərəfli ticarət həcminin 100 milyard dollara qədər artırılmasını nəzərdə tutan azad ticarət sazişinin imzalanması çərçivəsində baş tuta bilər. SİA-nın verdiyi məlumata görə, bu barədə "Habertürk" televiziya kanalı öz mənbələrinə istinadən xəbər verir.
Kanalın məlumatına görə, Vaşinqton və Ankara həmçinin alüminium və polada tətbiq edilən rüsumların azaldılması barədə də razılıq əldə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB