Kataloniyanın müstəqilliyinin tərəfdarı olan 9 radikal həbs edilib

Kataloniyanın müstəqilliyinin tərəfdarı olan 9 radikal həbs edilib

Bu gün Barselonada Mülki Qvardiyanın əməliyyatı zamanı 2017-ci oktyabrın 1-də keçirilmiş qanunsuz referendumun ikinci ildönümü və məhkəmənin bu proseslə bağlı qərarı ilə əlaqədar silahlı əməliyyatlar planlaşdıran doqquz radikal həbs edilib. SİA xəbər verir ki, Milli Məhkəmənin hakimi Manuel Qarsia-Kastelyonun sərəncamı ilə sentyabrın 23-də səhər saat 5-də başlayan əməliyyatda təqribən 500 hərbi qulluqçu, o cümlədən Mülki Qvardiyanın antiterror qruplarının üzvləri iştirak ediblər.

Kataloniyanın müstəqilliyinin tərəfdarları olan bu şəxslər CDR separatçı təşkilatının ən radikal cinahının texniki reaksiya qrupuna daxildirlər. Onlar qiyamın təşkilində, terrorçuluqda və partladıcı maddələr saxlanılmasında ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə