Misir ordusu Şimali Sinada əməliyyat keçirib 15 silahlı zərərsizləşdirilib
Misir təhlükəsizlik qüvvələri Şimali Sina əyalətinin əl-Əriş bölgəsində radikal qruplaşmaların sığınacağını aşkarlayaraq ərazidə əməliyyat həyata keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Misir təhlükəsizlik qüvvələrinin əl-Əriş şəhərinin Hayy-Risa kvartalında həyata keçirdikləri əməliyyat nəticəsində 15 silahlı zərərsizləşdirilib.
Əməliyyatın nəticəsi olaraq ərazidə silahlılara məxsus silah-sursatlar və partlayıcı qurğular aşkarlanaraq, götürülüb.
Qeyd edək ki, 2013-cü ildə Məhəmməd Mursinin hərbçilər tərəfindən devrildiyindən sonra Şimali-Sinada hərbi hakimiyyətə qarşı silahlı qruplaşmaların fəaliyyəti baş qaldırıb. İŞİD-in yerli qolu "Ənsar Beytul-Məqdis" də burda öz varlığını elan edib. Lakin son ildə Misir Ordusu bölgədə təhlükəsizliyi mülahizə ediləcək dərəcədə təmin edə bilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB