Litva hökuməti HHM sistemi yaratmaq istəyir

Litva hökuməti Latviya, Estoniya və Polşanın birlikdə vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması təklifini irəli sürüb. SİA xəbər verir ki, bu barədə Litva telekanallarından birinin efirində Litva Prezidentinin müdafiə məsələləri üzrə müşaviri Vytautas Jukas məlumat verib.

Müşavir deyib ki, birlikdə hava məkanının təhlükəsizliyini təmin etmək daha asan olardı. Belə ki, bu məsələdə NATO da yaxından kömək edə bilər.

Qeyd edək ki, hər dörd ölkə - Litva, Latviya, Estoniya və Polşa Şimali Atlantika Alyansının (NATO) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə