Liviya dövlət başçısı Muammer Qəddafi ilə nümayişçilər arasındakı qalan xarici vətəndaşlar ölkədən ayrılmağa çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ən böyük köçürmə əməliyyatını Liviyada 25 min vətəndaşı olan Türkiyə reallaşdırır.
Türkiyə ilə yanaşı bir çox ölkə də vətəndaşlarını Liviyadan köçürməyə başlayıb. Son iki gün ərzində təxminən 10 min misirli quru yolu ilə Liviyanı tərk edib. ABŞ, İngiltərə, İtaliya, Fransa, Almaniya, Yunanıstan və digər ölkələr vətəndaşlarına "Liviyanı tərk edin" çağırışı edib. İndiyə kimi 10 ölkə vətəndaşlarının köçürülməsi üçün Türkiyədən kömək istəyib.
Bolqarıstan 180 nəfərlik sərnişin təyyarəsini Trablusa göndərib, Yunanıstan isə 300 vətəndaşını gətirmək üçün 2 ədəd "C-130" tipli hərbi təyyarəsini hazır vəziyyətdə saxlayıb. Rusiya Liviyadakı şirkətlərində çalışan 563 vətəndaşını köçürmək üçün dörd təyyarə göndərməyi planlaşdırır. Qəddafinin müttəfiqi İtaliya da 1500 vətəndaşını bu ölkədən çıxarmağı nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB