Yeni Zellandiyada ölü sayı artıb

Yeni Zellandiyada ölü sayı artıb

Yeni Zellandiyanın ikinci böyük şəhəri Kraystçerçdə dünən baş verən zəlzələ nəticəsində ölənlərin sayı 75-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhərin bələdiyyə başçısı Bob Parker 300 adamın hələ də dağıntılar altında qaldığını bildirib.

 

Qeyd edək ki, zəlzələdən sonra verilən ilkin açıqlamada 65 nəfərin öldüyü açıqlanmışdı. 400 min əhalisi olan şəhərin böyük zərər gördüyü bildirilir. Baş vermiş hadisə ilə bağlı hava limanı müvəqqəti olaraq bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə