Türkiyə daha bir ölkəyə viza rejimini ləğv edib

Türkiyə daha bir ölkəyə viza rejimini ləğv edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Malaziyanın baş naziri Nəcib Abdülrezzak ilə görüşündə iki ölkə arasında viza rejiminin ləğv olunduğunu açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar hər iki nazirin görüşməsində qəbul edilib.

Baş nazir R. T. Ərdoğan bildirib ki, əvvəllər Malaziya və Türkiyə vətəndaşlarına 90 günlük viza verilirdi: "Ancaq indi iki ölkə arasında viza rejiminin ləğv olunmasını qərara aldıq. Artıq bu məsələ ilə bağlı bütün hazırlıqlar başlanılıb və bundan sonra vətəndaşlarımız Malaziyaya, oradan da Türkiyəyə rahat şəkildə səyahət edə biləcəklər".

Baş nazir onu da qeyd edib ki, vizanın aradan qaldırılmasından sonra Türk Hava Yolları Sabiha Gökçen- Kuala Lunpur, Kuala Lunpur-Sabiha Gökçen arasında uçuşlar da həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə