İran prezidentinin BMT-yə səfəri baş tutmaya bilər - Viza problemi

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında iştirak etməyə bilər. SİA-nın məlumatına görə, prezidentin hələlik vizasının olmadığı deyilir.

Qeyd olunur ki, ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 20-də, prezident Həsən Ruhani sentyabrın 23-də Nyu Yorka yola düşməlidir.

Lakin onların vizaları yaxın saatlarda hazır olmasa, səfərləri baş tutmaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə