Meksika sahillərində "Lorena" qasırğası formalaşıb

Sakit okeanda "Lorena" qasırğası formalaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər. Bildirilir ki, hazırda qasırğa Meksikanın Mansanilyo şəhərindən (Kolima ştatı) 55 kilometr cənub-qərbdədir və saniyədə 5,2 metr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

Qasırğa daxilində küləyin sürəti saniyədə 33,3 metrə qədər çatır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə