2011-ci illə Orta Şərq və Şimali Afrikanın müxtəlif yerlərində başlayan xalq qiyamları domino təsiri ilə bağlı müzakirələri artırdı. Qiyam və etiraz nümayişlərinin bir-birinin arxasınca gəlməsi belə müzakirələr üçün əsas yaratdı. SİA-nın məlumatına görə, Türkiyənin "Aksiyon" jurnalı İranda rejim dəyişikliyi ehtimalı ilə bağlı yazı verib. Yazıda bildirilir ki, Misir prezidenti Hüsnü Mübarəkin istefa verməsindən sonra digər Orta Şərq ölkələrində də başlayan etirazlar bu ölkələrdəki müxalifətin Misirdən ilham alması ilə bağlı fikirləri ortaya çıxardı.
Sual yarandı ki, Misir hadisələri İranda da təkrarlana bilərmi? Misir hadisələrinin İranda təkrarlanma ehtimalı zəifdir. Bölgəni görünməz xəttlərlə ikiyə ayıran şiə-sünni dini ayrı-seçkiliyi düşünərək Misirdəki hərəkatın ideoloji olaraq İrana təsir etməsi gözlənilə bilməz. Olsa-olsa İran müxalifəti üçün ilham mənbəyi ola bilər.
İranda 1979-cu il inqilabı sonrası oyundankənar edilən müxalifət 1990-cı illərdə "soyuq müharibə"nin başa çatması və dəyişən dünya ilə paralel olaraq səslərini ucaltmağa başladı. Hətta müəyyən dövrlərdə idarəçilikdə də söz sahibi oldular. Mahmud Əhmedinejatın iqtidara gəlməsi ilə zorakılıqla üzləşən müxalifət bütün bunlara baxmayaraq rejimə qarşı ayaq üzrə dayana bildi. İrandakı müxalifətin illərdir ki nümayiş etdirdiyi davranışlar bu ölkədə rejimin dəyişiləcəyi ilə bağlı fikirlər ortaya çıxsa da, heç də belə olmadı. Rejim dəyişikliyi İranda gözlənildiyi halda, bu Misirdə baş verdi.
İllərdir ki, İran rejiminə qarşı çıxan müxalifət niyə müvəffəqiyyət qaza bilmir? İran müxalifəti arasında fikir ayrılığı, həm də İran rejiminin Misir rejimi ilə müqayisədə daha güclü olması müxalifətin uğuruna imkan vermir. Beynəlxalq media və siyasi araşdırma mərkəzləri hesab edir ki, müxalifətin ortaq bir məqsədləri olmadığı üçün uğurdan danışmağa dəyməz. Belə ki, müxalifətin yaşlı liderləri ölkədə islahat nəzərdə tutur, gənc müxaliflər isə sistemin tamamilə dəyişilməsini istəyir. Müxalif qruplara arasındakı fikir ayrılığı hərəkatın gücünü zəiflədir.
İran rejiminin Misirdəki qədər asan yıxılması gözlənilmir. Çünki neft və təbii qaz gəlirləri sayəsində xalqın əhəmiyyətli bir hissəsinin iqtisadi vəziyyəti yaxşıdır. Həmçinin, İranın bölgədə ABŞ-a qarşı dura bilən tək ölkə olaraq diqqət çəkməsi rejimə xalqın böyük dəstəyini təmin edir. Bundan əlavə İranın insan haqqları və demokratiya kimi mövzularda beynəlxalq güclərin tənqidini vecinə almaması, müxalifətin etiraz nümayişlərinə zorakılıqla cavab verməsi ölkədəki müxalifət hərəkatının zəifləməsinə gətirib çıxarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB