Mexikonun şərqində yerləşən həbsxanasında iğtişaş cəhdi olub

Mexikonun şərqində yerləşən həbsxanasında iğtişaş cəhdi olub

Bir qrup məhkum cümə axşamı günü Meksikanın paytaxtı Mexikonun şərqində yerləşən Reklusorio Orient həbsxanasında iğtişaşa cəhd edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Penitensiar Xidmətin rəis müavini Asael Orteqan bildirib ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Onlardan bıçaq yarası alanlar da var. Yaralıların vəziyyəti stabil qiymətləndirilir. Həbsxanada nizamı bərpa etmək üçün polis qüvvələri cəlb edilib. Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət rəhbərliyin nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə