Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə keçmiş nazir təyin olunub

Gürcüstanın keçmiş Müdafiə naziri Levon İzoria Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Kəşfiyyat Xidmətindən məlumat verilib. Levon İzoria əvvəlki rəhbər Davit Sujaşvili ilə görüşüb və qurumun əməkdaşları ilə tanış olub.

Qeyd edək ki, D.Sujaşvili bu gün Gürcüstan Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə