Yeni Zellandiyada baş verən zəlzələdən sonra Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində zəlzələ olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,0 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 401 kilometr şimal-şərqdə qeydə alınıb. Sunami təhlükəsi yoxdur. Tələfat və dağıntı qeydə alınmayıb.
Eyni zamanda Sakit okeanın cənubunda yerləşən Fici arxipelaqında zəlzələ baş verib. Yeraltı təkanların gücü 6,5 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Suva şəhərindən 874 km cənubda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, bu gün səhər Yeni Zellandiyada güclü zəlzələ baş verib. Kraysçerç meri Bob Parker dağıntılar altında 200-dək adamın qaldığını açıqlayıb. O, 65 nəfərin öldüyünü də rəsmən təsdiqləyib. Dağıntılar altındakı insanların sağ qalma ehtimalı o qədər də yüksək deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB