Qazaxıstan bu ilin sonuna qədər bəzi ölkələrdə ticarət nümayəndəliklərini açacaq

Qazaxıstan bu ilin sonuna qədər bəzi ölkələrdə ticarət nümayəndəliklərini açacaq

Qazaxıstan bu ilin sonuna qədər Türkiyə, Hindistan, İran, Özbəkistan, Əfqanıstan, Polşa və Çexiyada ticarət nümayəndəliklərini açacaq.

SİA xəbər verir ki, xaricdəki ticarət nümayəndəliklərində "QazTrade"nin ofisləri fəaliyyət göstərəcək.

İxracatçı və dövlət qurumları arasında agent statusunda olan “QazTrade” Qazaxıstan mallarını xarici bazarlara təqdim etmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə