Kəşmirdə güclü zəlzələ olub

Kəşmirdə güclü zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi təkanların 4,9 bal gücündə olması barədə xəbər yayıb. Məlumata görə, zəlzələnin episentri yerin 30 kilometr dərinliyində, Hindistanın Patxankot şəhərindən 88 kilometr məsafədə olub. Zəlzələ Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimalında bir sıra şəhərlərdə hiss olunub.

Hadisə nəticəsində dağıntılar və insan tələfatı barədə hələlik məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə